“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəbdə yubiley tədbiri keçirilib.

23/06/2026, 16:08
xeber1

23 iyun 2026-cı il tarixində Salyan rayonu E.Ağayev adına Arbatan kənd tam orta ümumtəhsil məktəbində uzun illər Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş Əliyeva Tamella Aydın qızının anadan olmasının 65-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova iştirak edib. O, yubilyarı təbrik edərək, ona gül dəstəsi, Fəxri Fərman və mükafat təqdim edib.

İllərdir çiyin-çiyinə calısdıqları kollektiv yoldaşları da Tamella müəllimə haqqında xoş xatirələrini bölüşərək, ona sağlam və mənalı ömür arzulayıblar.

Musiqi müəllimi Tünzalə Əsədovanın təşkilatçılığı ilə ərsəyə gələn konsert proqramı iştirakçıların zövqünü oxşayıb. Azərbaycan bəstəkarlarının mahnılarını ifa edən şagirdlərin çıxışları hər kəs tərəfindən alqışlarla qarşılanıb. Kollektiv üzvləri yubilyarla rəqs edib, xatirə şəkilləri çəkdiriblər.

Daha sonra kollektivdə çalışan ittifaq üzvləri ilə səmimi söhbətlər aparılıb, onların asudə vaxtlarının və istirahətinin səmərəli təşkili məqsədilə komitə tərəfindən yaradılan şərait və imkanlar barəsində ətraflı məlumat verilib.

Məktəb rəhbərliyi və kollektiv üzvləri göstərilən diqqət və qayğıya, verilən dəyərə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: