Xəbərlər
Məktəbdə yubiley tədbiri keçirilmişdir.
24/04/2026, 14:31

Sabirabad şəhər H.Z.Tağıyeva adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi İsmayılova Tamilla Dəmir qızının 65 yaşının tamam olmağı münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbir çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon komitəsi tərəfindən yubilyarın təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətini qiymətləndirərək ona Fəxri Fərman, hədiyyə və gül buketi təqdim olunmuşdur





