“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəbdə yubiley tədbirləri keçirilib.

14/06/2026, 16:14
xeber1

11 iyun 2026-cı il tarixində Salyan rayonu A.İbadov adına Pambıqkənd kənd tam orta ümumtəhsil məktəbində uzun illər ingilis dili müəllimi işləmiş Cahangirova Mehriban Abasəli qızı və ilk həmkarlar ittifaqı təşkilatının sədri olmuş Qədirov Lazər Heybət oğlunun anadan olmasının 65-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova iştirak edib. O, yubilyarları təbrik edərək, onlara gül dəstəsi, Fəxri Fərman və mükafat təqdim edib.

İllərdir çiyin-çiyinə calısdıqları kollektiv yoldaşları da yubilyarlar haqqında xoş xatirələrini bölüşərək, onlara sağlam və mənalı ömür arzulayıblar.

Daha sonra kollektivdə çalışan ittifaq üzvləri ilə səmimi söhbətlər aparılıb, onların asudə vaxtlarının və istirahətinin səmərəli təşkili məqsədilə komitə tərəfindən yaradılan şərait və imkanlar barəsində ətraflı məlumat verilib.

Məktəb rəhbərliyi və kollektiv üzvləri komitə sədrinə göstərdiyi diqqət, verdiyi dəyərə görə təşəkkür edib, xatirə şəkilləri çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: