Xəbərlər
Məktəbə hazırlıq qrupunun “Kiçik aşpazlar”ı

Qax şəhər 5 nömrəli körpələr evi–uşaq bağçasının İlk həmkarlar təşkilatının sədri Əntiqə Soltanova tərəfindən məktəbə hazırlıq qrupunda “Aşbaz papağı” mövzusunda kəsib-yapışdırma məşğələsi keçirilib. Məşğələ zamanı uşaqlar qayçı və yapışqandan düzgün və təhlükəsiz istifadə bacarıqlarını nümayiş etdirib, xırda motorika və yaradıcılıq qabiliyyətlərini inkişaf etdiriblər.
Daha sonra uşaqlar bağçanın yeməkxanası ilə tanış olub, yeməklərin hazırlanma prosesi, mətbəx avadanlıqları və gigiyena qaydaları haqqında ətraflı məlumat alıblar.
Keçirilən fəaliyyətin əsas məqsədi uşaqlarda əmək peşələrinə marağın artırılması, diqqət və səliqəlilik, həmçinin düzgün qidalanma və təmizlik vərdişlərinin formalaşdırılması olub.





