Xəbərlər
Məktəbə ilk addım…
01/10/2026, 09:31

01 oktyabr 2026-cı il Nizami Cəbiyev adına Çayüzü kənd tam orta ümumtəhsil məktəbində məktəbimizdə məktəbəhazırlıq qrupunun ilk dərsi keçirildi.
Balaca fidanlarımızın ilk dərs günündəki həyəcanı, sevinci və marağı onların gözlərindən oxunurdu.
İlk dəfə məktəb mühiti ilə tanış olan körpələrimiz üçün bu gün unudulmaz bir başlanğıc oldu.
Onlara məktəb həyatında bol uğurlar, gözəl xatirələr və sevinc dolu günlər arzulayırıq!
İlk addımlarınız uğurlu, yolunuz işıqlı olsun, balaca məktəblilər!








