Xəbərlər
Məktəbəqədər təhsil fakültəsində əməkdaşlarla görüş keçirilib.

10 aprel 2026-cı ildə Məktəbəqədər təhsil fakültəsində Universitet Elmi Şurasına fakültə tərəfindən nümayəndələrin seçkisi və Həmkarlar İttifaqı Komitəsinin sədrinin əməkdaşlarla maarifləndirici görüşü keçirilib.
Görüş zamanı Kollektiv müqavilənin müddəaları fakültə əməkdaşlarına ətraflı izah edilib, onların hüquqlarını müdafiə edəcək maddələr vurğulanıb. Bundan əlavə əmək qanunvericiliyində yeniliklər, daxili nizam-intizam qaydaları, etik davranış prinsipləri barədə iştirakçılara ətraflı məlumat verilib, onların sualları cavablandılırıb.
Tədbirin əsas məqsədi əməkdaşların məlumatlılıq səviyyəsinin artırılması, iş mühitində səmərəliliyin yüksəldilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi olub.
Sonda əməkdaşlar bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.





