“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəbəqədər təhsil müəssisələrində Şanlı Zəfərimizə həsr olunmuş tədbirlər keçirilib

06/11/2026, 17:15
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan məktəbəqədər təhsil müəssisələrində Şanlı Zəfərimizə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Tədbirlərin əsas məqsədi uşaqlarda kiçik yaşlarından vətənpərvərlik ruhunu formalaşdırmaq, onlara tarixi Zəfərimizin əhəmiyyətini və qəhrəmanlarımızın şücaətini aşılamaqdır.

Məktəbəqədər təhsil müəssisələrinin pedaqoji kollektivlərinin – həmkarlar ittifaqı üzvlərinin böyük həvəs, məsuliyyət və peşəkarlıqla hazırladıqları proqramlarda balaca fidanlar Vətənə, ordumuza və Zəfərimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Uşaqların qəlbində Vətən sevgisi oyadan, onlara Şanlı Zəfərimizin qürurunu hiss etdirən tərbiyəçi-müəllimlərin bu fədakar əməyi təqdirəlayiqdir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi olaraq gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsində üzvlərimizin zəhmətini yüksək qiymətləndirir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: