“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəbəqədər təhsildə psixososial rifah diqqət mərkəzində

24/04/2026, 14:45
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan 117 nömrəli məktəbəqədər təhsil müəssisəsində çalışan işçilər üçün “Psixososial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda maarifləndirici tədbir keçirilib.


Tədbir zamanı iştirakçılara sağlam psixososial iş mühitinin əsas prinsipləri, stress və emosional gərginliyin idarə olunması, kollektivdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət mədəniyyəti, mobbinq hallarının qarşısının alınması yolları barədə ətraflı məlumat verilib.


Maarifləndirici görüşün əsas məqsədi məktəbəqədər təhsil müəssisəsində çalışan əməkdaşların psixososial rifahının təmin edilməsi, iş mühitində müsbət emosional ab-havanın formalaşdırılması və kollektivin ümumi iş məhsuldarlığının yüksəldilməsindən ibarət olub.


Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: