“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ NOVRUZ BAYRAMI

19/03/2026, 14:49
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan məktəbəqədər təhsil müəssisələrində Novruz bayramı münasibətilə silsilə bayram tədbirləri təşkil edilib.

İlk təşkilat sədrlərinin təşəbbüsü ilə keçirilən tədbirlərdə uşaqların iştirakı ilə maraqlı kompozisiyalar nümayiş olunub, milli rəqslər ifa edilib, Novruzun zəngin adət-ənənələri canlandırılıb. Balacalara xalqımızın milli-mənəvi dəyərləri, bayramın mahiyyəti və rəmzləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, bu cür tədbirlərin təşkili uşaqlarda milli kimliyə bağlılıq hissinin formalaşdırılması, adət-ənənələrimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, belə bayram proqramları uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına, onların ictimai fəallığının artırılmasına və kollektiv mühitdə ünsiyyət bacarıqlarının formalaşmasına müsbət təsir göstərir. Keçirilən tədbirlər iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb və xoş təəssüratlarla yadda qalıb. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: