Xəbərlər
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü və İsmayıllı rayon təhsil sektorunun təşkilatçılığı ilə valideyn konfransı keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin akt zalında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü və İsmayıllı rayon təhsil sektorunun təşkilatçılığı ilə valideyn konfransı keçirildi.
Konfransında YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, DŞRTİ Rayon Sektorunun müdiri Rəşid Məmmədli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı RPŞ-nin əməkdaşı polis mayoru Rahim Orucov, əməkdar müəllim Qalib Bəşirov, sektorun əməkdaşları və valideynlər iştirak etdilər.
Çıxış edən natiqlər rayonumuzun təhsil uğurlarını qeyd etdilər, müəllim-şagird-valideyn münasibətlərindən, uşaqların sosial şəbəkələrdən istifadəsindən, şagird davranış qaydalarından və s. məsələlərdən bəhs etdilər.
Tədbirdə həmçinin maarifləndirici videoçarx nümayiş etdirildi.
Sonda məktəblə sıx əməkdaşlıq etdiyinə görə İsmayıllı rayon Kürdmaşı kənd bələdiyyəsinin sədri hörmətli Tərlan Mirzəliyev və bir qrup valideyn ETİHİ İsmayıllı rayon komitəsinin təşəkkürnaməsi ilə təltif edildi.
Konfransın təşkil edilməsində zəhmət çəkmiş hər kəsə təşəkkür edir, konfransımızın xeyirlərə vəsilə olmasını arzulayırıq.












