Xəbərlər
Məktəbin direktoru yubileyi münasibətilə təltif olunub.
18/05/2026, 15:16

Bərdə rayonu Səməd Xudaverdiyev adına Kürdborakı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Babayev Coşqun Qamboy oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyəti, gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər və məktəbin inkişafına verdiyi töhfələr nəzərə alınaraq yubilyar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunub.
Coşqun müəllimi əlamətdar yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq!




