Xəbərlər
Məktəbinin kollektivi üçün ekskursiya təşkil olundu.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu İntiqam Həsənov adına Uğurbəyli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qax, Şəki və Oğuz rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin edilməsi və ölkəmizin zəngin təbiəti, tarixi və mədəni irsi ilə yaxından tanış olmaları məqsədi daşıyan ekskursiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Səfər çərçivəsində kollektiv üzvləri Qax, Şəki və Oğuz rayonlarının görməli yerlərini ziyarət edib, bölgənin füsunkar təbiəti, tarixi-mədəni abidələri və turizm məkanları ilə tanış olublar. Ekskursiya iştirakçılara xoş təəssüratlar bəxş edib və onların asudə vaxtının yaddaqalan keçməsinə şərait yaradıb.
Səfərin sonunda iştirakçılar göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə minnətdarlıqlarını bildiriblər.




