“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəblərdə “Korrupsiyaya yox!” mövzusunda maarifləndirici tədbirlər keçirilib

17/11/2026, 16:45
xeber1

Göyçay rayonunun ümumtəhsil məktəblərində korrupsiyaya qarşı mübarizə, şəffaflığın və dürüstlük prinsiplərinin təşviqi məqsədilə “Korrupsiyaya yox!” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.


Tədbirlər zamanı şagirdlərə korrupsiyanın cəmiyyətə vurduğu zərər, onun mənfi nəticələri, korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, gənc nəslin hüquqi biliklərinin artırılması, vətəndaş məsuliyyətinin formalaşdırılması, dürüstlük, ədalət və şəffaflıq kimi dəyərlərin aşılanması məsələlərinə toxunulub.


Müzakirələr zamanı şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslin korrupsiyaya qarşı barışmaz mövqedə formalaşmasına, hüquqi düşüncə və sağlam vətəndaşlıq mövqeyinin inkişafına töhfə verməkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: