Xəbərlər
Məktəblərdə "Son Zəng" tədbirləri keçirilib.

13 iyun 2026-cı tarixində respublikamızın bütün ümumtəhsil məktəblərində "Son Zəng" tədbirləri keçirilib.
ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova Salyan şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin hörmət və ehtiram hissi ilə yad edilib.
MÜTDA-nın "Son Zəng" tədbirlərinin keçirilməsi ilə bağlı yeni təlimatına uyğun şəkildə həyata keçirilən tədbirdə təhsil ictimaiyyətinin nümayəndələri ilə yanaşı şəhid anaları və müharibə veteıranı da iştirak edib.
Qonaqlar məzunları təbrik edərək, onlara uğurlar diləyib, məktəbdə əldə etdikləri bilik və bacarıqlarını daha da artıraraq ölkəmizin gələcək inkişafına töhfə vermələrini arzulayıblar.
2025/2026-cı tədris ilində məktəbdən məzun olan şagirdlərin nümunəvi çıxışları hər kəsin zövqünü oxşayıb.
Tədbirdə cari tədris ilinin Buraxılış İmtahanlarında yüksək nəticə əldə etmiş təhsilalanlar , məktəbin ictimai işlərində fəallıq göstərən şagirdlər və sinif rəhbərləri məktəb rəhbərliyi tərəfindən Fəxri Fərman lara layiq görülüb.
Sonda məzunlar üçün 11 illik təhsil səviyyəsinin sonuncu zəngi çalınıb, onlar birlikdə rəqs edib, xatirə şəkilləri çəkdirib.







