Xəbərlər
Məktəblərdə yubiley tədbirləri keçirilib.

13 oktyabr 2026-cı il tarixində Salyan şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər ibtidai sinif müəllimi işləmiş Ağalarova Sevda Şirinbala qızının, riyaziyyat müəllimi isləmiş Rzayev Yaşar Sərdar oğlunun, Salyan rayonu Azər Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın tərbiyəçi - müəllimi işləmiş Həsənova Yeganə Balaxəlil qızının anadan olmalarının 65-ci ildönümü münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə iştirak edən ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova yubilyarları təbrik edərək, onlara Təbriknamə və mükafat təqdim edib.
Komitə rəhbəri ömrünün ən gözəl illərini təhsil sahəsinin inkişafına həsr edərək yüksək məsuliyyət və fədakarlıq tələb edən bir işdə calışan ittifaq üzvləri haqqında xoş sözlər söyləyib.
İllərdir çiyin-çiyinə calısdıqları kollektiv yoldaşları yubilyarlar haqqında xoş xatirələrini bölüşərək, onların yüksək mənəvi keyfiyyətlərindən, şagirdlərə göstərdikləri qayğı və sevgidən söhbət açıblar.
Tədbir iştirakçıları yubilyarlara möhkəm cansağlığı, bərəkətli və hüzurlu həyat arzulayıblar.
Daha sonra komitə sədri kollektivdə çalışan ittifaq üzvləri ilə səmimi və xoş söhbətlər aparılıb, onların asudə vaxtlarının və istirahətinin səmərəli təşkili məqsədilə komitə tərəfindən yaradılan şərait və imkanlar barəsində ətraflı məlumat verilib.
Kollektiv üzvləri komitənin rəhbərliyinə göstərdikləri diqqət, verdikləri dəyərə görə təşəkkür edib, xatirə şəkilləri çəkdirilib.









