“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Məktəblərdə zorakılıq hallarının qarşısının alınması” mövzusunda tədbir keçirilib.

30/09/2025, 17:22
xeber1

30 sentyabr 2025-ci il tarixində Salyan rayonunda “Məktəblərdə zorakılıq hallarının qarşısının alınması” mövzusunda tədbir keçirilib


Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşad Cəbrayılov, Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərov, Salyan rayonu üzrə Təhsil sektorunun müdiri Razigül Dadaşova, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları və Salyan rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri və psixoloqlar iştirak ediblər.


Görüş zamanı məktəblərdə təhlükəsiz davranış qaydalarının təşkili, şagirdlər arasında bullinq halları ilə mübarizə, narkomaniya və digər zərərli vərdişlərin qarşısının alınması, fiziki zorakılığın aradan qaldırılması mövzularında geniş müzakirələr aparılıb.


Çıxış edənlər, təhsil müəssisələrində fiziki zorakılıq, qeyri-etik ifadələr, dava-dalaş və digər antisosial davranış formalarının yolverilməzliyi və hüquqi məsuliyyət yarada bilməsindən söhbət açmış, şagirdlər arasında baş verə biləcək mənfi halların qarşısını almaq üçün məktəb, ailə və cəmiyyətin birlikdə fəaliyyət göstərməsinin vacibliyini, ailə dəyərlərini və milli dəyərləri aşılamaq, müəllim-şagird-valideyn münasibətlərini möhkəmləndirərək baş verə biləcək problemlərə dərhal müdaxilə etməyin zəruri olduğunu bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: