Xəbərlər
Məktəblərin direktorları və ilk həmkarların sədrləri ilə görüş kecirildi.Onlarla geniş müzakirələr aparıldı, kollektiv müqavilələrlə tanış olundu, möhürlər onların HİK-nin sədirlərinə təhvil verildi.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 fevral 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 5.5 10 - yarımbəndin əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Qarabağ Regional Təhsil İdarəsinin tabrliyindəki 21,22,23,24,25,26,27 nömrəli məktəblər tam orta ümumtəhsil məktəbləri adlandırılsın və yerləşdikləri ərazi üzrə Agentliyin müvafiq yerli bölməsinin tabeliyinə verilmişdir.Verilmiş qərara əsasən adları qeyd olunan məktəblər ümumilikdə 350 nəfər üzvləri Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyinə köçürülmüşdür.Həmin üzvlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsinə üzv qəbul edilmişlər.Həmən məktəblərin direktorları və ilk həmkarların sədrləri ilə görüş kecirildi.Onlarla geniş müzakirələr aparıldı, kollektiv müqavilələrlə tanış olundu, möhürlər onların HİK-nin sədirlərinə təhvil verildi.





