Xəbərlər
“Məktəbli Kuboku” futbol turnirinin rayon mərhələsi keçirilib

Qəbələ rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandaların iştirakı ilə “Məktəbli Kuboku” turnirinin rayon mərhələsi keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuş yarışın əsas məqsədi məktəblilər arasında futbolun kütləviliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və uşaqlarda komanda ruhunun formalaşdırılmasına dəstək verməkdən ibarətdir.
Rayon üzrə ümumilikdə 32 komandanın mübarizə apardığı turnirdə müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib.
VII sinif (oğlanlar)
Elsevər Kərimov adına Soltannuxa kənd tam orta ümumtəhsil məktəbin komandası- I yer
Yenikənd kənd tam orta ümumtəhsil məktəbin komandası- II yer
V sinif (oğlanlar)
Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin komanadsı- I yer
Yenikənd kənd tam orta ümumtəhsil məktəbin komandası- II yer
V sinif (qızlar)
Eldəniz Mehdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin komandası- I yer
Elsevər Kərimov adına Soltannuxa kənd tam orta ümumtəhsil məktəbin komandası- II yer
Sonda qalib komandalara ETİHİ Qəbələ Rayon Komitəsi və Qəbələ rayonu üzrə təhsil sektorunun diplomları, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və ETİHİ Qəbələ Rayon Komitəsinin hədiyyələri təqdim edilib.















