“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Məktəbli Kuboku" nun qalibləri mükafatlandırıldı!

13/03/2026, 09:32
xeber1

‎Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandaların iştirakı ilə “Məktəbli Kuboku” turnirinin rayon mərhələsi keçirilib. 

‎Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuş yarışın əsas məqsədi məktəblilər arasında futbolun kütləviliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və uşaqlarda komanda ruhunun formalaşdırılmasına dəstək verməkdən ibarətdir 

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

‎  

‎Rayon üzrə ümumilikdə 52 komandanın mübarizə apardığı turnirdə müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib.

‎

‎Belə ki, 7-ci sinif oğlanlar arasında birinci yeri Qoxmuq kənd tam orta ümumtəhsil məktəbinin komandası, 5-ci sinif oğlanlar arasında Qoxmuq kənd tam orta ümumtəhsil məktəbinin komandası, qızlardan ibarət komandalar arasında isə Şəki şəhər 8 nömrəli Beynəlmiləl tam orta ümumtəhsil məktəbinin komandası birinci yerə layiq görülüb.

‎

Sonda qalib komandalara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi və Şəki rayonu üzrə təhsil sektorunun diplomları, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və ETİHİ Şəki Şəhər Komitəsinin hədiyyələri təqdim edilib.‎Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandaların iştirakı ilə “Məktəbli Kuboku” turnirinin rayon mərhələsi keçirilib. 

‎Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuş yarışın əsas məqsədi məktəblilər arasında futbolun kütləviliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və uşaqlarda komanda ruhunun formalaşdırılmasına dəstək verməkdən ibarətdir 

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

‎  

‎Rayon üzrə ümumilikdə 52 komandanın mübarizə apardığı turnirdə müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib.

‎

‎Belə ki, 7-ci sinif oğlanlar arasında birinci yeri Qoxmuq kənd tam orta ümumtəhsil məktəbinin komandası, 5-ci sinif oğlanlar arasında Qoxmuq kənd tam orta ümumtəhsil məktəbinin komandası, qızlardan ibarət komandalar arasında isə Şəki şəhər 8 nömrəli Beynəlmiləl tam orta ümumtəhsil məktəbinin komandası birinci yerə layiq görülüb.

‎

Sonda qalib komandalara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi və Şəki rayonu üzrə təhsil sektorunun diplomları, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və ETİHİ Şəki Şəhər Komitəsinin hədiyyələri təqdim edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: