“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məktəblilər arasında “Qalib ölkənin qalib gənci” adlı intellektual yarış keçirildi

27/10/2025, 10:10
xeber1

Zəfər Günü münasibətilə məktəblilər arasında “Qalib ölkənin qalib gənci” adlı intellektual yarış keçirildi. Yarış Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi və Göyçay Şəhər Təhsil Sektorunun birgə təşəbbüsü ilə təşkil olundu.

  Bilik və zəkanın mübarizə meydanında məktəblilər öz intellektual bacarıqlarını nümayiş etdirdilər. 

Nəticələr:

 I yer – Göyçay şəhər Ə.Q.Qantəmir adına 9 saylı tam orta ümumtəhsil məktəbi

 II yer – Göyçay şəhər 5 saylı tam orta ümumtəhsil məktəbi

 III yer – Göyçay şəhər E.Əkbərov adına 2 saylı tam orta ümumtəhsil məktəbi

Qalib komandalar təşəkkürnamə və hədiyyələrlə təltif olundular. 

Bu, onların zəhmətinin və bilik səylərinin layiqli qiymətləndirilməsi oldu.

Qalibləri səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!

Bu kimi layihələr gənclərdə vətənpərvərlik hisslərinin möhkəmlənməsinə, bilik və dünyagörüşlərinin artırılmasına xidmət edir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: