Xəbərlər
Məktəblilərin Respublika İdman Olimpiadasında Göygöl rayonunu təmsil edən məktəbli idmançılar növbəti nailiyyətə imza atıblar.
24/06/2026, 10:46

Sərbəst güləş üzrə 41 kq çəki dərəcəsində Qurbanzadə Ülvü Vasif oğlu I yerə layiq görülərək qızıl medal qazanıb (məşqçi: Hafiz Abdullayev).
Həmin çəki dərəcəsində Zeynallı Əli Ceyhun oğlu isə III yerə sahib olaraq bürünc medal əldə edib (məşqçi: Vüsal Rüstəmov).
Göygöl rayonunun idman həyatına növbəti uğur qazandıran idmançılarımızı və onların məşqçilərini təbrik edir, gələcək yarışlarda yeni qələbələr arzulayırıq.







