Xəbərlər
Məlcək kənd tam orta məktəbinin kollektivi üçün Lerikdə xoş xatirələrlə dolu bir gün

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin təşəbbüsü ilə Məlcək kənd tam orta məktəbinin kollektivi üçün Lerik rayonuna istirahət səfəri təşkil olunub.
Səfər iştirakçıları Lerikin zəngin təbiəti, möhtəşəm dağ mənzərələri və füsunkar guşələri ilə tanış olub, gün ərzində xoş və yaddaqalan anlar yaşayıblar.
Təbiətin qoynunda keçirilən bu istirahət günü məktəb kollektivinin üzvlərinə gündəlik iş fəaliyyətindən bir qədər uzaqlaşmaq, asudə vaxtlarını səmərəli keçirmək və birlikdə xoş xatirələr toplamaq imkanı yaradıb.
Belə təşəbbüslər təhsil işçilərinə göstərilən diqqət və qayğının nümunəsi olmaqla yanaşı, kollektivdə həmrəyliyin, qarşılıqlı münasibətlərin və komanda ruhunun daha da möhkəmlənməsinə xidmət edir.
Məlcək kənd tam orta məktəbinin kollektivi yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürlərini bildirir, Lerik səfərini xoş təəssüratlarla və gözəl xatirələrlə yola salır.







