Xəbərlər
Memarlıq və Şəhərsalma İli çərçivəsində Gəncə səfəri

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşəbbüsü ilə Yeniarx kənd tam orta ümumtəhsil məktəbinin müəllim və şagird kollektivi üçün 2026-cı ilin “Memarlıq və Şəhərsalma ili” və Coğrafiya ayı çərçivəsində maraqlı və maarifləndirici Gəncə şəhərinə ekskursiya təşkil olunmuşdur.
Ekskursiya zamanı şagirdlər ölkəmizin qədim şəhərlərindən biri olan Gəncənin tarixi, memarlıq nümunələri və mədəni irsi ilə yaxından tanış olmuş, onların dünyagörüşünün genişlənməsinə və vətənpərvərlik ruhunun güclənməsinə töhfə verilmişdir.
Belə maarifləndirici səfərlər şagirdlərin biliklərinin artırılması, tariximizə və mədəniyyətimizə marağın formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Ətraflı video:https://www.facebook.com/share/188yTAYUxo/?mibextid=wwXIfr



