“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş debat turniri keçirilib

24/04/2026, 01:12
xeber1

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən AzMİU Debat Klubu tərəfindən “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş debat turniri təşkil olunub.

Gərgin və maraqlı müzakirələrlə yadda qalan turnirdə iştirakçılar öz bilik və debat bacarıqlarını nümayiş etdiriblər. Yarışın yekununda qalib komandalar müəyyənləşdirilib və çempion elan olunub.

Turnirin sonunda qaliblərə diplom, kubok və müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbirin əsas məqsədi tələbələrin analitik düşünmə, arqumentasiya və ictimai çıxış bacarıqlarının inkişafına dəstək olmaq, eyni zamanda, “Memarlıq və Şəhərsalma İli” çərçivəsində aktual mövzular ətrafında müzakirələrin təşviq edilməsidir.


Gallery Image

Sosial şəbəkələrdə paylaş: