“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məmmədli 10 saylı uşaq bağçasının kollektivi İsmayıllıda

13/07/2026, 11:20
xeber1

Məmmədli kənd 10 saylı körpələr evi-uşaq bağçası kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.


Səfər çərçivəsində iştirakçılar İsmayıllının təbii gözəllikləri ilə tanış olub, asudə vaxtlarını səmərəli keçiriblər. Birgə keçirilən bu ekskursiya kollektiv üzvləri arasında ünsiyyətin daha da möhkəmlənməsinə və xoş iş mühitinin formalaşmasına müsbət təsir göstərib.


İştirakçılar təşkil olunan ekskursiyaya və göstərilən diqqətə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür sosial tədbirlərin əməkdaşların istirahətinin təşkili və kollektiv həmrəyliyinin gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Sosial şəbəkələrdə paylaş: