“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məmmədli kənd tam orta məktəbinin kollektivi İsmayıllıda

07/07/2026, 11:07
xeber1

Məmmədli kənd tam orta məktəbi kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.


Səfər iştirakçılara təbiət qoynunda dincəlmək, gündəlik iş qayğılarından uzaqlaşmaq və birlikdə xoş vaxt keçirmək imkanı yaradıb. İsmayıllının füsunkar mənzərələri, təmiz havası və əsrarəngiz təbiəti ekskursiya iştirakçılarında xoş təəssüratlar formalaşdırıb.


Gəzinti zamanı müəllim və işçi heyəti arasında səmimi ünsiyyət, qarşılıqlı fikir mübadiləsi və mehriban münasibətlər daha da möhkəmlənib. İştirakçılar onlar üçün yaradılmış bu şəraitə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, belə ekskursiyaların kollektiv birliyinin güclənməsinə və əməkdaşların asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verdiyini qeyd ediblər.

Sosial şəbəkələrdə paylaş: