Xəbərlər
Məmmədov Ramiz İmamverdi oğlunun 60 illik yubileyi
20/04/2026, 16:52

Tovuz şəhəri Nəsrəddin Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin direktoru, 1-ci Qarabağ Müharibəsi iştirakçısı Məmmədov Ramiz İmamverdi oğlunun 60 illik yubileyi Tovuz Rayon Komitəsi tərəfindən və məktəb kollektivi ilə birgə qeyd olundu. Ramiz müəllimin Vətənimizin azadlığı uğrunda döyüşlərə qatılmasından, böyuk bir məktəbə ləyaqətlə rəhbərlik etməsindən, kollektivin rəğbətini qazanmağından, səmərəli fəaliyyətindən və gənc nəslin təlim tərbiyəsindəki əməyindən
danışıldı. Yubilyara Etihi Tovuz Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyə təqdim olundu.



