Xəbərlər
Məmmədova Elyana Süleyman qızı və İsgəndərova Niyar Hüseyn qızı 65 illik yubileyləri münasibətilə təltif ediliblər.
04/10/2025, 10:44

Bərdə rayon Dilqəm Əliyev adına Şahvəlilər kənd tam orta məktəbinin müəllimləri — Məmmədova Elyana Süleyman qızı və İsgəndərova Niyar Hüseyn qızı 65 illik yubileyləri münasibətilə təltif ediliblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsi tərəfindən yubilyar müəllimələrə uzunmüddətli səmərəli pedaqoji fəaliyyətlərinə görə fəxri fərman və hədiyyələri təqdim olunmuşdur.



