Xəbərlər
Memorial Kompleksdə keçirilən gülqoyma

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin əməkdaşları 8 Noyabr – Zəfər Günü münasibətilə Ağstafa şəhərində yerləşən şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksdə keçirilən gülqoyma mərasimində iştirak etdilər.
Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Daha sonra anım tədbiri Şəhidlər xiyabanında davam etdirildi. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin ehtiramla yad edildi.
Zəfərimiz qəhrəman şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!
8 Noyabr – Zəfər Günümüz mübarək!







