“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

📚 Mən bir müəlliməm

08/04/2026, 09:54
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən “Mən bir müəlliməm” layihəsi çərçivəsində ,Ağcabədi rayonu Xocavənd kənd 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinin gənc direktoru Kamalzadə Pünhanə Rəfxan qızı ilə növbəti görüş təşkil edildi.

“Mən bir müəlliməm” layihəsinin məqsədi rayonun tədris müəssisələrində calışan qabaqçıl müəllimləri tanıtmaqdır.

Kamalzadə Pünhanə ,Gədəbəy Rayonunun Çanaqcı kənd tam orta ümumtəhsil məktəbi bitirib.

Gənc müəllim 2015-ci Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib müəllimlərin işə qəbulu imtahanında uğur qazanaraq ilk pedaqoji fəaliyyətini Ağcabədi rayonu Gələbədin kənd R.Abbasov adına tam orta ümumtəhsil məktəbində fizika müəllimi olaraq fəaliyyətə başlayır.

Növbəti illərdə yenə MİQ imtahaninda iştirak edərək ikinci is yeri olaraq müxtəlif ümumtəhsil məktəblərində fəaliyyət göstərir .

Yerdəyişmə edərək əsas is yeri Ağcabədi rayonunda yerləşən -Ağdam rayonu 45 nömrəli tam orta ümumtəhsil məktəbində çalışır.

2022- ci direktorlarin işə qəbul imtahanında iştirak edərək test esse və müsahibə mərhələlərində uğur qazanaraq Ağcabədi rayon Xocavənd kənd 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin edilir .

Eyni zamanda aktiv pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil İnstitutu Peşə Təmayüllü siniflər üzrə monitorinq mütəxəssisi (ARTİ PTS ),

Peşəkar Təlim və İnkişaf Mərkəzi üzrə təlimçi,TKTA agentliyi tərəfindən Qarabağ Regional Təhsil İdarəsi üzrə inspektor,

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası AGMA Ağcabədi rayonu üzrə koordinator olaraq seçilib.

Əlavə olaraq müəllimlərin işə qəbulu və Sertifikasiya imtahanına hazırlaşan müəllimlərə dəstək məqsədilə Kurikulum üzrə təlimçidir.

Hal hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci ali təhsil alır.

Gədəbəy Rayonunun Çanaqcı kəndindən Ağcabədi rayonuna gələn Kamalzadə Pünhanə müəllim burada ailə qurub 2 övladı var.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi olaraq məktəb kollektivi və Həmkarlar Təşkilatının fəal üzvü olan Kamalzadə Pünhanə müəllimə ilə səmimi görüş təşkil edilərək ,fəxri fərmanla təltif edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: