Xəbərlər
MƏN BİR MÜƏLLİMƏM

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən “Mən bir müəlliməm” layihəsi çərçivəsində növbəti görüşü Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Səlimova Gülşən Mahir qızı ilə təşkil edildi.
2015-ci ildən etibarən pedaqoji fəaliyyətə başlayaraq,müxtəlif illərdə Ağcabədi Rayon ümumtəhsil məktəblərində coğrafiya müəllimi olaraq fəaliyyət göstərib.
2024-cü ildə Müəllimlərin İşə Qəbul imtahanında maksimum 100 baldan 95 bal toplayaraq Ağcabədi Şəhər M.Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbdə əmək fəaliyyətini 10 ildir davam etdirir.
2025-ci ildə Müəllimlərin Sertifikatlaşdırma İmtahanlarında iştirak edərək maksimum nəticəni-60 bal ,Sertifikatlaşdırma imtahanlarının müsahibə mərhələsindən də maksimum nəticəni – 40 bal əldə edib.
Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən “Fəxri Fərman”, ADPU-nun Ağcabədi filialı tərəfindən “ Təşəkkürnamə ” ,Qarabağ Regional Təhsil İdarəsi tərəfindən “ Təşəkkürnamə ” ilə təltif edilib.
2026-cı il mart ayında Qarabağ Regional Təhsil İdarəsinin,Qarabağ regionu üzrə "Örnək müəllim"seçilib.
Tədris prosesində müasir təlim üsullarından istifadə edir, XXI əsr bacarıqlarının formalaşmasına xüsusi diqqət ayırır. Dərslərdə demokratik dəyərlərin təşviqi, vətənpərvərlik hisslərinin gücləndirilməsi və şagirdlərin ümumi inkişaf səviyyəsinin yüksəldilməsi əsas prioritetlər sırasında yer alır.
Gülşən Səlimova Mahir qızı həmkarlar təşkilatlnın fəal üzvüdür. ETİHİ Ağcabədi Rayon komitəsi tərəfindən təşkil edilən tədbirlərdə yaxından iştirak edir.
“Mən bir müəlliməm” layihəsi çərçivəsində Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Səlimova Gülşən Mahir qızı pedaqoji fəaliyyətinin 10 illiyi münasibətilə ETİHİ Ağcabədi Rayon komitəsi tərəfindən fəxri fərmanla təltif edildi və qarşıdakı illərdə yeni uğurlar diləyirik.











