Xəbərlər
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” III Beynəlxalq folklor, rəqs və yaradıcılıq festivalı

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” III Beynəlxalq folklor, rəqs və yaradıcılıq festivalında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Uşaq-Gənclər İnkişaf Mərkəzi Həmkarlar İttifaqının dəstəyi ilə uğurla təmsil olunmuşdur.
Festival çərçivəsində mərkəzin istedadlı dərnək üzvlərinin hazırladıqları əl işləri müxtəlif nominasiyalar üzrə yüksək qiymətləndirilmiş, I, II və III yerlərə layiq görülmüşdür. Qazanılan uğurlar gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi istiqamətində görülən işlərin, həmçinin müəllim və rəhbərlərin əzmkar fəaliyyətinin bariz göstəricisidir.Qeyd edək ki, belə beynəlxalq festivallar uşaqların və yeniyetmələrin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasına, onların yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və Azərbaycanın zəngin mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılmasına mühüm töhfə verir. Uğur qazanan bütün iştirakçıları təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.









