Xəbərlər
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” III Beynəlxalq folklor, rəqs və yaradıcılıq festivalında yüksək nəticə əldə edən şagirdlərlə görüş keçirildi.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” III Beynəlxalq folklor, rəqs və yaradıcılıq festivalı uğurla çıxış edən Goranboy rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ilə görüş keçirilib. Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev şagirdləri qazandıqları nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edərək bildiriblər ki, beynəlxalq səviyyəli müsabiqələrdə əldə olunan uğurlar yalnız fərdi nailiyyət deyil, eyni zamanda ölkəmizin və təhsil müəssisəsinin nüfuzunun yüksəlməsinə xidmət edən mühüm göstəricidir. Həmçinin vurğulanıb ki, gənclərin incəsənətə və milli rəqs sənətinə marağının artırılması, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi gələcəkdə daha böyük uğurların əldə olunmasına zəmin yaradır. Şagirdlərə bundan sonrakı fəaliyyətlərində də daim öz üzərlərində çalışmağın, əldə etdikləri nəticələrlə kifayətlənməyərək daha böyük hədəflərə doğru irəliləməyin vacibliyi tövsiyə olunub. Qeyd edək ki, festivalda uğur qazanan Goranboy UGİM-in dərnək üzvləri - Aysel Cəfərzadə Emil qızı, Aylin Novruzlu Bəhruz qızı, Aysun Sahibzadə Fərid qızı, Məleykə Həsənzadə Pərviz qızı, Aylin İsmayılova Elşən qızı və Rahul Hümbətov Rahib oğlu festivalda iştirak təəssüratlarını bölüşərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Sonda şagirdlərə ETİHİ Goranbpy rayon komitəsi tərəfindən xatirə hədiyyələri təqdim edilib və xatirə şəkli çəkdirilib.



















