“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Mənalı və xoş istirahət

11/07/2026, 09:48
xeber1

Ağstafa rayonunun Xətai kənd körpələr evi–uşaq bağçasının kollektivi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Qazax şəhərində yerləşən ailəvi istirahət mərkəzində mənalı və xoş istirahət günü keçirdilər.

İstirahət proqramı iştirakçılara gündəlik iş qayğılarından uzaqlaşaraq dincəlmək, həmkarlar arasında mehriban ünsiyyəti və kollektiv həmrəyliyi daha da möhkəmləndirmək imkanı yaratmışdır. Kollektiv üzvləri onlar üçün yaradılan yüksək səviyyəli şəraitə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə səmimi minnətdarlıqlarını ifadə edərək, təhsil işçilərinin sosial rifahının və asudə vaxtının səmərəli təşkili istiqamətində həyata keçirilən bu cür təşəbbüslərin böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Sosial şəbəkələrdə paylaş: