“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Mənim Ana Dilim-Mənim Can Dilim"

10/03/2026, 15:18
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin xidmətində olan təhsil müəssisələrində 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.


Şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində və Orta Zəyzid kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Heydər Əliyev Mərkəzində təşkil etdiyi tədbirlərdə Komitənin əməkdaşları, müəssisə rəhbərləri, qonaqlar,müəllimlər və şagirdlər iştirak ediblər.


 Çıxış edənlər Ana dilinin millətin varlığındakı rolu, onun qorunması və sevilməsi barədə fikirlərini bölüşərək gənclərə bu dəyərə sahib çıxmağın vacibliyini tövsiyə ediblər.


Tədbirlər çərçivəsində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, onların ifasında Ana dilinə həsr olunmuş şeirlər, səhnəciklər və mahnılar təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: