Xəbərlər
“Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin mənliyini qoruyan onun dilidir.” Heydər Əliyev

Ağcabədi rayon Təzəkənd kəndi Vaqif Cəfərov adına tam orta ümumtəhsil məktəbində Ana dili mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbirin əsas məqsədi şagirdlərdə ana dilinə sevgi hissinin aşılanması, dilimizin saflığının qorunması və düzgün nitq mədəniyyətinin təbliği olub.
Tədbirdə vurğulanıb ki, ana dili milli kimliyimizin, mənəvi dəyərlərimizin və mədəniyyətimizin əsas daşıyıcısıdır. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, eyni zamanda məktəb həmkarlar təşkilatının sədri Vəliyeva Sahibə Aydın qızı çıxış edərək şagirdlərlə ana dilinin qorunmasının vacibliyi, düzgün danışıq və yazı mədəniyyətinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Həmçinin dahi şəxsiyyətlərin Azərbaycan dili haqqında söylədikləri dəyərli fikirlər səsləndirilib.







