Xəbərlər
“Meyvə və tərəvəzlərin emalında müasir konservləşdirmə texnologiyaları və qida təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Kimya Texnologiya Fakültəsinin (KTF) təşkilatçılığı ilə “Meyvə və tərəvəzlərin emalında müasir konservləşdirmə texnologiyaları və qida təhlükəsizliyi” mövzusunda interaktiv təlim keçirildi.
Təlim zamanı iştirakçılara meyvə və tərəvəzlərin emalında tətbiq olunan müasir konservləşdirmə üsulları, məhsulların keyfiyyətinin qorunması, saxlanma şəraiti və qida təhlükəsizliyinin təmin olunması barədə ətraflı məlumat verildi.
Bu kimi maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd tələbələrin ixtisas biliklərinin artırılması, müasir texnologiyalar haqqında məlumatlılığının genişləndirilməsi və onların peşəkar inkişafına dəstək göstərilməsidir.









