“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məzun adınız mübarək

13/06/2026, 15:59
xeber1

Son Zəng – Məzunluğa Aparan Uğur Yolu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin nümayəndələri rayonun təşkilatlarında keçirilən “Son Zəng” tədbirlərində iştirak etdik. Bu münasibətlə rayonun ucqar yaşayış kəndlərindən biri olan, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin adını daşıyan Böyükkəsik kənd tam orta məktəbində keçirilən tədbirdə də iştirak olundu.

Bayram əhval-ruhiyyəsində keçən tədbirdə məktəbin pedaqoji kollektivi, valideynlər, məzunlar və qonaqlar bir araya gələrək məzunların həyatında mühüm mərhələ olan bu əlamətdar günü qeyd etdilər. Çıxış edənlər məktəbin uğurlarından, müəllimlərin fədakar əməyindən və şagirdlərin qazandıqları nailiyyətlərdən bəhs etdilər, məzunlara gələcək həyatlarında uğurlar arzulandı.

Tədbir çərçivəsində məktəbdə təşkil olunan intellektual oyunda yüksək nəticələr göstərərək qalib olan müəllimlər də xüsusi diqqət mərkəzində oldular. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən onların bilik və bacarıqları, təhsil sahəsində göstərdikləri fəallıq yüksək qiymətləndirildi, qalib müəllimlər fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olundular. Bu cür təşəbbüslər müəllimlərin peşəkar inkişafına stimul verməklə yanaşı, təhsil müəssisələrində sağlam rəqabət və intellektual mühitin formalaşmasına da mühüm töhfə verir. Son zəng hər bir məzun üçün yalnız məktəblə vidalaşmaq deyil, həm də yeni həyata atılan ilk addım, böyük hədəflərə doğru başlanğıcdır. Bu gün məktəb illərinin ən gözəl xatirələri yada salınır, müəllimlərin zəhməti minnətdarlıqla qeyd olunur və gələcəyə dair yeni arzular qurulur.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi bütün məzunları təbrik edir, onlara ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr, gələcək həyatlarında uğurlar, vətənə və xalqa layiqli, savadlı vətəndaşlar kimi yetişmələrini arzulayır. İnanırıq ki, bu gün məktəbdən ayrılan gənclər sabah ölkəmizin inkişafına töhfə verən mütəxəssislər, ziyalılar və vətənpərvər vətəndaşlar olacaqlar.

Məzunlarımızın yolu daim açıq, gələcəyi parlaq olsun! Son zənginiz mübarək!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: