Xəbərlər
Məzun Günü 2026

İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun Günü” keçirilib. Mərasimdə universitet rəhbərliyi, struktur rəhbərləri, məzunlar və onların ailə üzvləri iştirak ediblər.
Rəsmi hissədə giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov məzunları təbrik edərək vurğulayıb ki, dövrümüzdə müəllim yalnız bilik ötürən deyil, öyrənən, yenilənən, texnologiyalarla ayaqlaşan şəxsdir. Bu yolun əsas dayaqları kimi milli dəyərlərə sadiqlik, peşə səriştəsi, daim yenilənən bilik və bacarıqlar, rəqəmsal və dil kompetensiyaları ön plana çıxır. Rektor qeyd edib ki, Pedaqoji Universitet müasir təhsilin tələblərini nəzərə alaraq bu yöndə davamlı işlər aparır, mövcud ixtisaslaşmaların təkmilləşdirilməsini həyata keçirir.
Tədbirdə Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev də iştirak edərək məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək həyat və fəaliyyətində uğurlar arzulayıb. Səmimi və bayram əhval-ruhiyyəsində keçən tədbirdə tələbələrin tələbəlik illərinə nəzər salınıb, onların qazandıqları nailiyyətlər vurğulanıb.





