“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MƏZUN GÜNÜ – 2026 01 iyul 2026-cı ildə Bakı Musiqi Akademiyasında Məzun Günü keçirildi.Bu tədbirdə ilk dəfə dəfə olaraq Bakı Musiqi Akademiyasının Himni səsləndirildi!

13/07/2026, 06:44
xeber1

MƏZUN GÜNÜ – 2026

01 iyul 2026-cı ildə Bakı Musiqi Akademiyasında Məzun Günü keçirildi.Bu tədbirdə ilk dəfə dəfə olaraq Bakı Musiqi Akademiyasının Himni səsləndirildi!

Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operasındakı “Əhdnamə” musiqisi əsasında hazırlanan BMA Himni bu gündən etibarən Akademiyanın musiqi rəmzi kimi öz həyat yoluna başlayacaq. Bu tarixi ilk ifa isə məhz 2026-cı ilin məzunlarına həvalə olunub. Bu, hər bir məzun üçün böyük şərəf və unudulmaz məsuliyyətdir.

Tədbirdə Akademiyanın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli çıxış etdi. O, məzunları təbrik edərək onlara gələcək yaradıcılıq yollarında uğurlar arzuladı.

Ardınca Xalq Artisti, Akademiyanın Beynəlxalq əlaqələr, Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova çıxış edərək, BMA-nın beynəlxalq uğurlarından və məzunların gələcək məsuliyyətindən danışdı.

Sonra aparıcı, BMA-da Vokal ixtisası üzrə təhsil alan Atilla Məmmədli hər kəsi Akademiyanın 105 illik tarixinə həsr olunmuş filmə baxmağa dəvət etdi.

Qeyd edək ki, məzunlar, müəllim heyəti, qonaqlar, valideynlər, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Əlisa Qurbanov mərasimdə qonaq qismində iştirak edirdilər.

 Tədbirdə “Musiqişünaslıq” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə başa vuran, beynəlxalq konfransların iştirakçısı Şəhla Cəlilova məzunlar adından çıxış etdi Mərasim məzunların təqdim etdiyi zəngin konsert proqramı ilə davam etdi. Fortepiano, vokal, bəstəkarlıq və nəfəs alətləri üzrə istedadlı məzunların ifasında dünya və Azərbaycan musiqisinin seçilmiş inciləri səsləndirildi:

Konsertdən sonra yüksək akademik göstəricilər qazanan məzunların diplomlarının təltifetmə mərasimi baş tutdu. Diplomları təqdim etmək üçün səhnəyə BMA-nın rəhbər heyəti – professor Nərminə Quliyeva, professor Gülnaz Abdullazadə, eləcə də fakültə dekanları – professor Nəzakət Rimazi, professor Nəzmiyyə Abbaszadə professor Gülzar Mahmudova dəvət olundular.

Mərasimdə həm bakalavr, həm də magistratura pilləsini bitirən məzunlara diplomlar təqdim edildi və onların universitet həyatı ilə rəsmi vidası qeyd olundu. Tədbirin sonunda məzunlar səhnəyə dəvət olunaraq xatirə şəkli çəkdirdilər və onlara gələcək həyatlarında uğurlar arzulanaraq tədbir yekunlaşdı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: