“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məzunlar üçün “0-dan Mühasibatlıq” təlim proqramı başladı

12/08/2025, 18:03
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının məzunları üçün “0-dan Mühasibatlıq” təlim proqramı başlayıb.


Proqramın məqsədi məzunların praktik mühasibatlıq biliklərini artırmaq, müasir mühasibat proqramlarında işləmə bacarıqlarını formalaşdırmaq və onları rəqabətli əmək bazarına hazırlamaqdır.


Təlimlərdə iştirak etmək üçün “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu”na aid ixtisaslar üzrə məzun olmuş, akademik göstəriciləri yüksək olan 16 nəfər seçilib. 5 avqust tarixindən etibarən əyani formada keçirilən proqramda iştirakçılar həm nəzəri, həm də praktiki biliklərə yiyələnəcəklər.


ETİHİ olaraq gənc mütəxəssislərin peşəkar inkişafını və əmək bazarında rəqabət qabiliyyətini artırmaq üçün bu kimi təşəbbüslərə davamlı dəstək göstəririk.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: