“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Məzunlarla görüş

07/09/2026, 16:29
xeber1

07 sentyabr 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəlilabad Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 2025-2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən, tələbə adını qazanan məzunlarla görüşü keçirilib.

Görüşdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, LARTİ Cəlilabad rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalov, ETİHİ Cəlilabad Rayon Komitəsinin sədri Nəbi İskəndərov, təhsil işçiləri, məzunlar və onların valideynləri iştirak edib. İştirakçılar tərəfindən tələbə adını qazanan məzunlar böyük uğur münasibətilə təbrik edilib, onlara gələcək təhsillərində yüksək nailiyyətlər əldə etmək arzulanıb.

Tədbirin sonunda məzunlara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: