Xəbərlər
Mikayıl Yaqub oğlu Vahabzadənin şəhadətə ucalmasının 10-cu ildönümünü böyük bir qururlar yad etdilər.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzvləri , şəhid ailələri, rayon ictimaiyyəti, Tircan kənd tam orta məktəbin kollektivi, 2016 cı ildə baş vermiş Aprel döyüşlərində şəhid olmuş qəhrəman Mikayıl Yaqub oğlu Vahabzadənin şəhadətə ucalmasının 10-cu ildönümünü böyük bir qururlar yad etdilər.
Mikayıl Vahabzadə 2016-cı ilin Aprel döyüşlərində , xüsusilə cəbhənin Füzuli istiqamətində gedən əməliyyatlarda ön sıralarda olmuş və döyüşlərdə fəal iştirak etmişdir.Aprel döyüşləri Ermənistanla Azərbaycan arasında 2016 -cı ilin aprelində baş verən qısa müddətli, lakin çox şiddətli hərbi münaqişə idi.
Həmin döyüşlərdə çox sayda Azərbaycan əsgəri şəhid olmuş, bir çoxu yaralanmışdır. Mikayıl Vahabzadə də bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqla tanınmış və qəhrəmancasına şəhid olmuşdur.
Universiteti yüksək qiymətlərlə bitirib müəllimlik ixtisasına yiyələnmiş, lakin bir gün də olsun müəllim işləmədən döyüşə gedib dərs deyəcəyi şagirdlərə əsil vətənpərvərlik nümunəsini göstərən Şəhid Mikayılı ailəsi,dostları, müəllimləri ,rayon ictimaiyyəti böyük qürurla, fəxarət hissilə yad etdilər.
Vətənini, torpağını çox sevən, Azərbaycanın igid oğlu Mikayıl Vahabzadənin adı heç vaxt unudulmayacaqdır.
Allah rəhmət eləsin.








