Xəbərlər
Mil-Muğan Regional Təhsil İdarəsində Ad günü tədbiri keçirilmişdir.
24/08/2026, 16:43

Mil-Muğan Regional Təhsil İdarəsinin İnzibati sektorunun müdiri Aslanov Feyzulla Xəyyam oğlunun doğum günü münasibətilə kollektiv tərəfindən səmimi tədbir təşkil olunmuşdur.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları iştirak edərək Feyzulla Aslanovu doğum günü münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Səmimi və xoş ab-havada keçən tədbirdə Feyzulla Aslanov kollektivə göstərilən diqqət və xoş münasibətə görə təşəkkürünü bildirmişdir.







