“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Mil-Muğan Regional Təhsil İdarəsində gənc maarifçilərin təcrübə proqramını uğurla başa vurmaları münasibətilə tədbir keçirilib

17/11/2026, 11:53
xeber1

Mil-Muğan Regional Təhsil İdarəsində gənc maarifçilərin təcrübə proqramını uğurla başa vurmaları münasibətilə tədbir təşkil olunub.

Tədbirdə gənc maarifçilərin proqram müddətində qazandıqları bilik və təcrübələr, peşəkar inkişaf istiqamətində əldə etdikləri nailiyyətlər və gələcək fəaliyyət perspektivləri müzakirə edilib.

Çıxış edənlər gənc maarifçiləri təbrik edərək onların təhsil sahəsindəki fəaliyyətlərində uğurlar arzulayıb, belə proqramların pedaqoji kadrların peşəkar inkişafında və yeni nəsil təhsil işçilərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

Tədbirin sonunda proqramı uğurla başa vuran gənc maarifçilərə təbriklər çatdırılıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: