Xəbərlər
Mil-Muğan Regional Təhsil İdarəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsində tədbir təşkil olunub.
Tədbirdə şəhid ailələri dəvət olunaraq onların qəhrəman övladlarının Vətənimizin ərazi bütövlüyü uğrunda göstərdikləri şücaət və fədakarlıq ehtiramla yad edilib.
Çıxışlarda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, xalqımızın birlik və həmrəyliyindən, qəhrəman əsgər və zabitlərimizin göstərdiyi misilsiz igidlikdən bəhs olunub.
Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad edilərək tarixi ədalət bərpa olunub.
Tədbirdə şəhid ailələrinə dərin hörmət və ehtiram ifadə edilib, onların qəhrəman övladlarının xatirəsinin daim qəlblərdə yaşayacağı bildirilib.










