“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Milli Dirçəliş Günü ilə əlaqədar tədbir təşkil olunub

17/11/2026, 10:02
xeber1

Milli Dirçəliş Günü ilə əlaqədar Yevlax rayonu Qaraməmmədli kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin milli tariximiz, xalqımızın azadlıq mübarizəsi və dövlətçilik ənənələri haqqında biliklərinin artırılması məqsədilə maarifləndirici tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.

Çıxış edən məktəbin təşkilatçısı Sarıyeva Təranə Milli Dirçəliş Gününün yaranma tarixi, 1988-ci ilin noyabr ayında Bakının Azadlıq meydanında baş verən xalq hərəkatı, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi və müstəqilliyə gedən yolda atılan tarixi addımlar haqqında ətraflı məlumat verib.Şagirdlərə 17 Noyabr – Milli Dirçəliş Gününün xalqımızın tarixində tutduğu mühüm yer, milli birlik, həmrəylik və azadlıq ideyalarının formalaşmasındakı rolu izah olunub. Mövzunun daha dolğun mənimsənilməsi məqsədilə günün tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Milli Dirçəliş Günü xalqımızın birlik, mübarizə və azadlıq iradəsinin təcəssümüdü

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: