“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Milli Məclisin deputatı "Təhsil" istirahət mərkəzində elm və təhsil işçiləri ilə görüşüb

16/08/2026, 13:48
xeber1

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tabeliyində fəaliyyət göstərən "Təhsil" istirahət mərkəzində olub.


Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən mərkəzə baş çəkən deputat əvvəlcə ərazidə yaradılmış şərait, müasir korpus və kotteclər, açıq və qapalı hovuzlar, idman-fitnes kompleksi, habelə yeməkxana və sosial-məişət obyektləri ilə tanış olub.


Ardınca mərkəzdə dincələn elm və təhsil işçiləri ilə həmsöhbət olan M.Vəliyeva onların əhval-ruhiyyəsi və istirahət şəraiti ilə maraqlanıb.


Təhsil işçiləri ilə çay süfrəsi ətrafında davam edən görüşdə deputat dincələn həmkarlar ittifaqı üzvləri ilə fikir mübadiləsi aparıb, onların əmək fəaliyyəti, təhsil sahəsində aparılan islahatlar və sosial məsələləri müzakirə edib.


Deputat, həmçinin AHİK və ETİHİ Respublika Komitəsinin təhsil işçilərinin keyfiyyətli istirahəti üçün yaratdığı imkanları xüsusi vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib və gələcəkdə bu cür təşəbbüslərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: