“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Milli Məclisin deputatları Təhsil İstirahət Mərkəzində müəllimlərlə görüşüblər

07/08/2026, 17:46
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində fəaliyyət göstərən Təhsil İstirahət Mərkəzində istirahət edən həmkarlar ittifaqı üzvləri – müəllimlərlə Milli Məclisin deputatları, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov, İnsan hüquqları komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov görüş keçiriblər.


Səmimi şəraitdə keçən görüş zamanı deputatlar təhsil işçiləri ilə fikir mübadiləsi apararaq onların istirahət şəraiti, əmək fəaliyyəti, təhsil sahəsində həyata keçirilən islahatlar və sosial məsələlər ətrafında müzakirələr ediblər. İttifaq üzvlərinin təklif və mülahizələri diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.


Deputatlar müəllim peşəsinin cəmiyyətin inkişafındakı mühüm rolunu xüsusi vurğulayaraq, təhsil işçilərinin fədakar əməyinin hər zaman yüksək dəyərləndirildiyini qeyd ediblər. Eyni zamanda, təhsil sahəsinin inkişafı, müəllimlərin sosial rifahının yüksəldilməsi və onların hüquq və mənafelərinin qorunması istiqamətində ardıcıl fəaliyyətin davam etdiriləcəyini diqqətə çatdırıblar.


Görüş qarşılıqlı fikir mübadiləsi və xoş təəssüratlarla başa çatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: