“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Milli Qəhrəman Aslanov Niyazi Şərəfxan oğlu və Milli Qəhrəman Əliyev Yunis Əsgər oğlunun anım günü ilə bağlı məzarları ziyarət olundu.

07/05/2026, 00:56
xeber1

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Tap Qaraqoyunlu kəndindən olan şəhid Milli Qəhrəman Aslanov Niyazi Şərəfxan oğlunun və Qızılhacılı qəsəbəsindən olan Milli Qəhrəman Əliyev Yunis Əsgər oğlunun anım günü ilə bağlı məzarları ziyarət olundu. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, məzarları önünə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuşdur. Tədbirdə iştirak edənlər Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edərək, onların xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulamışlar. Qeyd olunmuşdur ki, şəhidlərimizin əziz xatirəsi hər zaman uca tutulacaq, onların Vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillər üçün örnək olacaqdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: